İsveçin Sosial Sığorta Agentliyinin nümayəndə heyəti Azərbaycana gələcək
2011-ci il 08-12 iyun tarixlərində İsveç Krallığının Sosial Sığorta Agentliyinin Baş direktoru xanım Adriana Lenderin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan SİA-ya verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə Sosial Sığorta Agentliyinin icraçı direktoru Per Akensson, qurumun baş məsləhətçisi xanım Bodhi Peris və digər şəxslər daxildir.
Səfər zamanı Dövlət Sosial Müdafiə Fondu və İsveç Krallığının Sosial Sığorta Agentliyi arasında qarşılıqlı təcrübə mübadiləsi aparılacaq, gələcək əməkdaşlığı nəzərdə tutan məsələlər müəyyənləşdiriləcək. Fondda nümayəndə heyəti ilə görüşdən sonra İsveç nümayəndə heyəti bu ölkənin sığorta-pensiya sisteminin inkişaf istiqamətlərini, mövcud vəziyyətini özündə əks etdirən təqdimatla çıxış edəcək.
Səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər. İsveçrəli qonaqlar DSMF-nin bir sıra rayon şöbələrinin fəaliyyəti ilə də tanış olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB