“Vətəni tanı” Ümumrespublika Kampaniyasının növbəti seçim turları Bakının Nəsimi və Nərimanov rayonlarında keçirilib- FOTOSESSİYA

“Vətəni tanı” Ümumrespublika Kampaniyasının növbəti seçim turları Bakının Nəsimi və Nərimanov rayonlarında keçirilib- FOTOSESSİYA

"Vətəni tanı" Ümumrespublika Kampaniyası Bakı rayonları arasında öz seçim turlarını keçirməkdə davam edir. SİA-nın xəbərinə görə, Bakı rayonlarında Səbail, Yasamal seçim turları artıq yekunlaşıb. Növbəti tur Nəsimi və Nərimanov rayonlarında keçirilib.

Nəsimi rayonunda Kampaniyanın açılış mərasimi 152 saylı məktəbdə baş tutdu. Tədbirin açılış mərasimində Milli Şuranın Baş katibi Orxan Ərəbov çıxış edərək bildirib ki, bu Kampaniyanın keçirilməsi ölkə gəncləri arasında vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə xidmət edəcək. Kampaniyanın bütün Azərbaycanı əhatə edəcəyini vurğulayan baş katib qeyd edib ki,əsas məqsədlərdən biri də ölkəmizin ərazi bütövlüyü məsələsini bir daha qabartmaqdır.

Nərimanov rayonunda 150 gəncin iştirakı ilə keçirilən kampaniyanın açılış mərasimində çıxış edənlər bildiriblər ki, hər bir Azərbaycan gənci ölkəmizin tanıdılması istiqamətində əlindən gələn bütün işləri görməlidir. O, qeyd edib ki, Azərbaycan gəncliyi ölkəmizin tarixini, coğrafiyasını bilməli, ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdırlar.

Nəsimi və Nərimanov rayonlarının hər birindən 300 gənc "Vətəni tanı" Ümumrespublika Kampaniyasında iştirak edib. Bunlardan bir qismi keçməcələrdən (puzzle) ibarət olan Azərbaycan xəritəsini, digərləri isə kampaniyanın rəsmi saytı olanmiras.azsaytında olan elektron formadakı xəritəni toplayıb.

Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyalarınazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.


Bütün xəbərlər Facebook səhifəmizdə