"One St. Martin" Assosiasiyası qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaq hüququnu dəstəkləyir

"One St. Martin" Assosiasiyası qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaq hüququnu dəstəkləyir

ABŞ-ın Howard Universitetinin müəllimi və “One St. Martin Association” təşkilatının prezidenti Rhoda Arrindell Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq hüququna dəstəyini ifadə edib.

Roda Rebeka Arrindell bu barədə videomüraciətində bildirib.

“Biz, həmçinin qərbi azərbaycanlıların repatriasiya, istənilən vaxt öz seçimlərinə uyğun və onlar üçün əlverişli şərtlərlə geri qayıtmaq hüququnu tanıyırıq. Biz qərbi azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnu da tanıyırıq”, - deyə o bildirib.

Arrindellin sözlərinə görə, dünyanın müxtəlif ölkələrində doğma yurdlarından didərgin salınmış insanlarla bağlı baş verənlər yalnız qərbi azərbaycanlılarla deyil, bütövlükdə dünyanın didərgin salınmış icmaları ilə bağlı narahatlıq doğurur.

“Biz, "One St. Martin" Assosiasiyası olaraq, öz dəstəyimizi ifadə edirik”, - deyə o bildirib. O əlavə edib ki, assosiasiya bütün dünyada doğma yurdlarından didərgin salınmış icmalarla əməkdaşlıq etməyə və onların öz doğma torpaqlarına qayıtmasına dəstək verməyə hazırdır.

Arrindell, həmçinin Bakı Təşəbbüs Konfransında iştirak etmək imkanına görə minnətdarlığını bildirib və qeyd edib ki, bu, ona ölkəsində baş verənlərlə bağlı narahatlığını ifadə etməyə, eləcə də doğma yurdlarından didərgin salınmış insanlara dəstək göstərməyə imkan verib.

“Biz burada, Bakı Təşəbbüs Konfransında iştirak etmək imkanına görə də minnətdarıq. Bu platformada ölkəmizdə baş verənlərlə bağlı narahatlığımızı ifadə etməklə yanaşı, bütün dünyadakı, xüsusilə də qərbi azərbaycanlı bacı və qardaşlarımıza dəstəyimizi ifadə edə bilərik”, - deyə o yekunlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə