“Baş verən sellər səbəbindən mina çirklənmələri çaylara axır” -VÜQAR SÜLEYMANOV

“Baş verən sellər səbəbindən mina çirklənmələri çaylara axır” -VÜQAR SÜLEYMANOV

Son illərdə yağışların artması minatəmizləmə fəaliyyətinə mənfi təsir göstərir.

SİA xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmçinin baş verən sellər səbəbindən mina çirklənmələri çaylara axır:

"Fəaliyyətimizin spesifikasını nəzərə alaraq yağışlı günlərdə təhlükəsizlik səbəblərindən çalışa bilmirik və son zamanlar yağışların artması, sözsüz ki, bizim fəaliyyətimizə öz mənfi təsirini göstərir. Daşqınlar və sellər zamanı təmizlənmiş ərazilərin yenidən minalardan çirklənməsi halları bir neçə dəfə müşahidə olunub. Çay suları daşqınlar zamanı minaları aşağı ərazilərə gətirir və sözsüz ki, bu bizim üçün bir həyəcan təbilidir. Biz artıq bu məsələlərə diqqət yetiririk, daşqınlardan və sellərdən sonra əraziləri əlavə olaraq təmizləyirik".

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə