"Hər üç ölkə regionun aparıcı, güclü və beynəlxalq birlikdə nüfuzu olan ölkələrdir və hər biri həm regionda, həm də beynəlxalq birlikdə sülhün təmin olunmasında maraqlıdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
.jpg)
Onun sözlərinə görə, bu sahəyə çox böyük diqqət yetirirlər:
"Bu ölkələrin səyi nəticəsində əmin-amanlığı qorumaq, əməkdaşlığı genişləndirmək mümkün olur. Bu üç ölkənin hərbi təhlükəsizlik sazişi bağlaması, hesab edirəm ki, regionda ab-havanı xeyli dərəcədə müsbət tərəfə dəyişəcəkdir. Bunların hərbi potensialı kifayət qədər böyükdür. Eyni zamanda, xarici siyasətləri də sülhə, mehriban qonşuluq prinsiplərinin tətbiq edilməsinə yönəlibdir.
Qeyd etmək istərdim ki, hər üç ölkə ilə Azərbaycanın xüsusi dostluq münasibətləri var. Hər üç ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər, həmişə Azərbaycanın yanında olublar. Eləcə də Azərbaycan da bu ölkələrin suverenliyinin qorunmasında, onların haqq səsinin eşidilməsinə həmişə dəstək olubdur.
Azərbaycan həmişə Türkiyənin yanında olub, həmişə Pakistanın yanında olub, həmişə Səudiyyə Ərəbistanının yanında olub. Üç qardaş ölkənin belə bir saziş imzalaması regionda təhlükəsizliyin möhkəmlənməsinə çox böyük töhfə olacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB