“Çin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməyə hazırdır” Lu Mey
“Sülh və inkişaf bütün xalqların ortaq arzusudur. Çin Azərbaycanla birlikdə ikitərəfli əməkdaşlığı daha da genişləndirməyə hazırdır”.
SİA xəbər verir ki, bu fikirləri Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı səsləndirib.
Səfir bildirib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü bəşəriyyət üçün vahid taleyə malik icma konsepsiyası və qlobal təşəbbüslər beynəlxalq çağırışların aradan qaldırılmasına, davamlı sülhün, təhlükəsizliyin və ortaq rifahın təmin olunmasına xidmət edir.
Lu Mey qeyd edib ki, iki həftə əvvəl Şanxayda keçirilən 2026-cı il Ümumdünya Süni İntellekt Konfransında Si Cinpin süni intellektin insan mərkəzli və bəşəriyyətin rifahına xidmət edəcək şəkildə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Çinin təşəbbüsü ilə yaradılan Süni İntellekt üzrə Ümumdünya Əməkdaşlıq Təşkilatına artıq 29 ölkə təsisçi üzv kimi qoşulub.
Səfir vurğulayıb ki, Çin Azərbaycanla iki ölkə liderləri arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə, “Bir kəmər, bir yol” təşəbbüsü, süni intellekt və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə, regionda və dünyada sülhün və inkişafın birgə təşviqinə hazırdır.
Çıxışının sonunda Lu Mey Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 99-cu ildönümü, Çin-Azərbaycan dostluğu, eləcə də sülh, rifah və ortaq gələcək şərəfinə badə qaldırmağı təklif edib
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB