Mətləb Salahov: “Ermənistan hakimiyyəti Sülh Müqaviləsindən daha çox öz yerini möhkəmləndirmək üçün çalışır”
“Nikol Paşinyan parlament seçkilərindən sonra var gücü ilə seçkilərdə məğlub olmuş rəqiblərini tamamilə sıradan çıxarmağa və daha çox despot rejimini formalaşdırmağa çalışır. Serj Sarkisyan, Levon Ter-Petrosyan, Robert Koçaryan kimi siyasi düşmənlərini bir kənara atan hazırkı erməni baş nazir, indi də möhkəmlənmiş rejim formalaşdırmaq üçün hərəkətə keçib. Artıq ictimai rəydəki “demokrat Paşinyan” imici despot hakimiyyət başçısı ilə əvəz olunmağa başlanılıb. Onun son addımları N.Paşinyanın Donald Tramp Administrasiyası və Avropa İttifaqındakı müttəfiqlərinə arxalanaraq Ermənistanda uzunmüddətli hakimiyyət yaratmaq üzərində işlədiyini ortaya qoydu”.
Bu barədə SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, hazırda Ermənistan hakimiyyəti Azərbaycanla Sülh Müqaviləsi barədə real addımlar atmır. “Yeni erməni konstitusiyası barədə müzakirələr gedir. N.Paşinyan yeni erməni konstitusiyasında daha çox öz hakimiyyətinin maraqlarını təcəssüm edən bəndlər üçün baş sındırır. Onun yeni erməni konstitusiyasında Azərbaycanla Sülh Müqaviləsinə mane olan bəndləri aradan qaldırmaq üçün hazırda bir kəlmə də danışmaması dediklərimizi tamamilə sübuta yetirir. N.Paşinyan Sülh Müqaviləsini reallaşdırmaqdan daha çox İrəvanda öz despot rejimini yaratmaq üçün çalışır”.
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB