“Böyük Qayıdış Proqramı uğurla davam etdirilir” - VÜQAR SÜLEYMANOV

“Böyük Qayıdış Proqramı uğurla davam etdirilir” - VÜQAR SÜLEYMANOV

Agentliyin əsas məqsədi humanitar minatəmizləmə fəaliyyətini həyata keçirməklə işğaldan azad edilmiş ərazilərin bərpasını, yenidən qurulmasını, hərtərəfli inkişafını təmin etmək, insanların təhlükəsiz qayıdışına şərait yaratmaq və ölkənin davamlı inkişafına töhfə verməkdir.

SİA xəbər verir ki, ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki,

“Bu gün mina təhlükəsindən azad olunan ərazilərdə həyat yenidən canlanır, yeni yaşayış məntəqələri salınır, infrastruktur layihələri icra edilir və Böyük Qayıdış Proqramı uğurla davam etdirilir. Bu istiqamətdə əldə olunan nəticələr dövlətimizin müəyyən etdiyi prioritetlərin uğurla icra olunduğunu göstərir”, – deyə Vüqar Süleymanov vurğulayıb.

Sədr çıxışının sonunda qeyd edib ki, mina təhlükəsi ilə bağlı ictimai məlumatlandırmanın gücləndirilməsində və görülən işlərin cəmiyyətə çatdırılmasında medianın rolu böyük əhəmiyyət daşıyır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə