Azərbaycan-Slovakiya münasibətləri:etimad və tərəfdaşlıq - MƏQALƏ

Azərbaycan-Slovakiya münasibətləri:etimad və tərəfdaşlıq - MƏQALƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunda qardaş və dost ölkələrlə strateji tərəfdaşlığın möhkəmləndirilməsi ilə yanaşı, müxtəlif regionları təmsil edən dövlətlərlə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi də mühüm prioritetlərdən biridir. Bu siyasət Azərbaycanınbeynəlxalq münasibətlər sistemində etibarlıtərəfdaş kimi mövqeyini daha da gücləndirir.Bu kontekstdə Slovakiya Respublikası iləəlaqələrin inkişafı və qarşılıqlı əməkdaşlığındərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Slovakiya Respublikası AzərbaycanRespublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımış, iki ölkə arasında diplomatikmünasibətlər isə 23 noyabr 1993-cü ildə təsisedilmişdir. Sonrakı dövrdə həyata keçirilənyüksəksəviyyəli qarşılıqlı səfərlər ikitərəflimünasibətlərin inkişafına mühüm töhfəvermişdir. Prezident İlham Əliyevin 2004-cü il18–19 mart tarixlərində Slovakiyaya işgüzarsəfəri, 2025-ci ilin 8 dekabr tarixində isə rəsmisəfəri, həmçinin Slovakiyanın baş nazirləriPeter Pelleqrinin 2018-ci ildə və Robert Fitsonun 2024-cü ildə Azərbaycana səfərlərisiyasi dialoqun möhkəmlənməsinə, əməkdaşlıq istiqamətlərinin genişlənməsinə vətərəfdaşlıq münasibətlərinin yeni mərhələyəyüksəlməsinə xidmət etmişdir.

Cari ilin 14 iyul tarixində SlovakiyaRespublikasının Prezidenti Peter Pelleqrinökəmizə rəsmi səfərə gəldi. Səfər çərçivəsindəprezidentlər Şuşa şəhərində təkbətək və geniştərkibdə görüşlər keçirdilər. AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev vəSlovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Ağdam rayonunun Baş Qərvəndkəndində görülən işlərlə tanış olub, slovakşirkəti tərəfindən tikilən Milan RastislavŞtefanik adına 840 şagird yerlik Baş Qərvəndkənd tam orta məktəb binasının təməliniqoyublar.

Səfər çərçivəsində prezidentlər Şuşaşəhərində mətbuata bəyanatla çıxış ediblər.

Prezident İlham Əliyevin çıxışıAzərbaycan–Slovakiya münasibətlərinindinamik inkişafını və strateji tərəfdaşlığınməzmununun daha da zənginləşdiyini nümayişetdirdi. Dövlət başçımızın səsləndirdiyi fikirlərikitərəfli əməkdaşlığın mövcud vəziyyətiniqiymətləndirməklə yanaşı, gələcək inkişafistiqamətlərinə dair mühüm siyasi mesajlar da ehtiva etdi.

Prezident İlham Əliyev çıxışında vurğuladıki, Azərbaycan ilə Slovakiya arasında siyasidialoq artıq müntəzəm xarakter alıb. Yüksəksəviyyəli qarşılıqlı səfərlər, dövlət başçılarıarasında davamlı təmaslar və hökumətlərarasıəməkdaşlıq mexanizmlərinin fəallaşmasıölkələrimizin münasibətlərə verdiyi xüsusiönəmin göstəricisidir. Cənab Prezidentin ötənilin sonunda Slovakiyaya rəsmi səfəri, eləcə dəPrezident Peter Pelleqrinin Azərbaycana səfəriqarşılıqlı etimadın və siyasi iradənin möhkəməsaslara söykəndiyini təsdiqləyir.

Şuşada keçirilən görüş zamanı bir dahaaydın oldu ki, Azərbaycan–Slovakiyamünasibətləri yalnız siyasi dialoqlaməhdudlaşmır. nümayəndə heyətlərinin geniştərkibi enerji, iqtisadiyyat, nəqliyyat, müdafiəsənayesi, humanitar və digər istiqamətlər üzrəəməkdaşlığın intensiv xarakter aldığınıgöstərir. Prezident İlham Əliyevin qeyd etdiyikimi, tərəflər təkcə fikir mübadiləsi aparmır, eyni zamanda konkret layihələrin həyatakeçirilməsi istiqamətində praktik addımlaratırlar. Bu yanaşma münasibətlərininstitusional əsaslarının möhkəmləndiyinigöstərən mühüm amildir.

Dövlət başçısının xüsusi vurğuladığıməsələlərdən biri 2024-cü ildə imzalanmışStrateji Tərəfdaşlığa dair Birgə Bəyannaməninuğurla icra edilməsidir. Bu sənəd ölkələrimizarasında münasibətlərin keyfiyyətcə yenimərhələyə yüksəlməsinin hüquqi və siyasiəsasını formalaşdırıb. Prezident İlham Əliyevində qeyd etdiyi kimi, belə sənədlərin real nəticələr verməsi güclü siyasi iradə vəqarşılıqlı etimad tələb edir. Hazırda həyatakeçirilən birgə layihələr həmin siyasi iradəninpraktik nəticəsidir.

Bəyanatın diqqətçəkən məqamlarından biriSlovakiyanın Azərbaycanın işğaldan azadedilmiş ərazilərinin bərpasında iştirakınaverilən yüksək qiymət idi. Prezident İlhamƏliyev Slovakiya şirkətinin Ağdam rayonununBaş Qərvənd kəndində həyata keçirdiyi “Ağıllıkənd” layihəsini nümunə göstərərək buəməkdaşlığın xüsusi əhəmiyyət daşıdığınıvurğuladı. Bu layihə SlovakiyanınAzərbaycanın postmünaqişə dövründə həyatakeçirdiyi yenidənqurma siyasətinə verdiyidəstəyin konkret ifadəsi olmaqla yanaşı, beynəlxalq tərəfdaşlığın real nəticələrini dənümayiş etdirir.

Azərbaycanın Avropanın enerjitəhlükəsizliyində artan rolu fonunda Slovakiyailə enerji əməkdaşlığının inkişafı qarşılıqlımaraqlara əsaslanır. Bununla yanaşı, ticarətdövriyyəsinin artırılması, investisiyalayihələrinin təşviqi və sənaye əməkdaşlığınıngenişləndirilməsi də gələcək əməkdaşlığınəsas istiqamətlərindəndir.

Öz növbəsində, Prezident İlham ƏliyevinPrezident Peter Pelleqrinin Azərbaycanamüxtəlif dövlət vəzifələrində dəfələrlə səfəretməsini xüsusi vurğuladı. Bu isə Slovakiyarəhbərliyinin Azərbaycanla münasibətlərəuzunmüddətli və ardıcıl yanaşmasınıngöstəricisidir.

Şuşada səsləndirilən fikirlər göstərir ki, Azərbaycan–Slovakiya münasibətləri artıqklassik diplomatik əməkdaşlıq çərçivəsiniaşaraq strateji tərəfdaşlıq müstəvisində inkişafedir. Siyasi etimad, qarşılıqlı maraqlar, iqtisadiəməkdaşlığın genişlənməsi və Qarabağınbərpası kimi mühüm istiqamətlər butərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Prezident İlhamƏliyevin vurğuladığı kimi, hər iki ölkə konkretnəticələrə hesablanmış əməkdaşlığıntərəfdarıdır və məhz bu praqmatik yanaşmaAzərbaycan–Slovakiya əlaqələrinin gələcəkinkişafının əsas təminatlarından biri hesabolunur.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli MəclisininSədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə