"Azərbaycan Cənubi Qafqaz regionunun mühüm dövlətlərindən biridir və müxtəlif ölkələrlə uğurlu əməkdaşlıq münasibətləri qurub. Bu ölkələrdən biri də Slovakiyadır".
Bunu SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib.

Politoloq sözlərinə belə davam edib:
"Azərbaycan və Slovakiya arasında uzun illərdir qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlər mövcuddur. İki ölkə arasında mütəmadi olaraq yüksək səviyyəli rəsmi səfərlər həyata keçirilir və bu səfərlər əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.
Son görüşlərin nəticələrinə nəzər saldıqda görürük ki, Azərbaycan və Slovakiya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Azərbaycan həyata keçirdiyi enerji layihələri, beynəlxalq nəqliyyat və tranzit dəhlizləri, eləcə də iqtisadi təşəbbüsləri ilə dünyanın diqqət mərkəzində olan ölkələrdən birinə çevrilib.
Bu baxımdan Slovakiya Azərbaycanın Avropadakı etibarlı tərəfdaşlarından biri hesab olunur. İki ölkə liderinin keçirdiyi görüşlər və qəbul olunan birgə bəyanatlar Azərbaycan–Slovakiya münasibətlərinin dostluq, qarşılıqlı etimad və strateji əməkdaşlıq əsasında uğurla inkişaf etdiyini bir daha təsdiqləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB