“Bu gün münaqişələr yalnız döyüş meydanlarında deyil, informasiya məkanındada aparılır" - Hikmət Hacıyev
“Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşadan daha uyğun məkan təsəvvür etmək çətindir. Şuşa təkcə bir şəhər deyil, həm də dialoq, mədəniyyət və beynəlxalq əməkdaşlığın simvoludur”.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunun son günündə çıxışı zamanı deyib.
O bildirib ki, Şuşa Qlobal Media Forumu jurnalistləri, siyasətçiləri, alimləri və texnologiya sahəsinin nümayəndələrini bir araya gətirərək qlobal medianın gələcəyi, həqiqətin qorunması və etimadın bərpası ilə bağlı mühüm müzakirələr üçün beynəlxalq platforma rolunu oynayır.
Hikmət Hacıyev qeyd edib ki, süni intellekt və rəqəmsal texnologiyalar jurnalistikanı köklü şəkildə dəyişdirir. Onun sözlərinə görə, sosial media ünsiyyət imkanlarını genişləndirsə də, dezinformasiya, manipulyasiya və cəmiyyətdə qütbləşmə risklərini də artırıb.
Prezidentin köməkçisi vurğulayıb ki, müasir dövrdə media artıq təkcə xəbərləri çatdıran vasitə deyil, həm də beynəlxalq sülhün, dialoqun və qarşılıqlı anlaşmanın əsas sütunlarından birinə çevrilib.
O əlavə edib ki, bu gün münaqişələr yalnız döyüş meydanlarında deyil, informasiya məkanında da aparılır və sülhün qorunması məsuliyyətli kommunikasiyadan, etibarlı informasiya mühitinin formalaşdırılmasından asılıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB