Parlament Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

Parlament Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

Parlament Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib.

SİA xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin iyulun 13-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürmək imkanının yaradılması məqsədilə hazırlanıb.

Layihəyə əsasən, 2027-ci il yanvarın 1-dən 4 il müddətinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və şərtlərlə ƏDV-nin depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürülə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə