“Şuşa Qlobal Media Forumu media əməkdaşlığının güclənməsi üçün mühüm platformadır” - DİREKTOR MÜAVİNİ
“İlk növbədə, bu forumda iştirak etmək üçün dəvətə görə təşəkkürümü bildirirəm. Bu forum media nümayəndələri, jurnalistlər və mütəxəssislər arasında fikir mübadiləsinin aparılması baxımından çox mühüm platformadır”.
SİA xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında APS-in İnformasiya üzrə direktor müavini Məhəmməd Lis Azzouz deyib.
O bildirib ki, forum çərçivəsində medianın gələcək rolu, həqiqətin qorunması və cəmiyyətə obyektiv informasiyanın çatdırılması kimi mühüm məsələlər müzakirə olunur.
Məhəmməd Lis Azzouz qeyd edib ki, tədbirdə medianın dünyada sülhün təşviqinə verdiyi töhfə, dezinformasiya və saxta xəbərlərlə mübarizə yolları da əsas müzakirə mövzuları sırasındadır.
APS rəsmisi vurğulayıb ki, bu cür beynəlxalq forumlar peşəkar media nümayəndələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması və müasir informasiya mühitində medianın qarşısında duran çağırışların birgə müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB