IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşada Qarabağ küçəsinə baş çəkiblər - FOTOLAR
IV Şuşa Qlobal Media Forumu çərçivəsində xarici media nümayəndələri, ekspertlər və digər iştirakçılar Şuşa şəhərində yeni salınan Qarabağ küçəsi ilə tanış olublar.
SİA xəbər verir ki, səfər zamanı qonaqlara dövlət-özəl tərəfdaşlığı əsasında yerli investorlar tərəfindən inşa edilmiş müxtəlif təyinatlı 10 bina təqdim olunub. Kompleksə mehmanxana, apart-hotel, ofis və ictimai iaşə obyektləri daxildir.
Məlumat verilib ki, tikinti prosesində həm müasir keyfiyyət standartları əsas götürülüb, həm də yeni tikililərin Şuşanın tarixi-memarlıq üslubuna uyğun inşa edilməsinə xüsusi önəm verilib. Bildirilib ki, layihə şəhərin inkişaf konsepsiyasının tərkib hissəsi olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işlərinin mühüm nümunələrindən biridir. İnşa olunan obyektlərin Şuşanın memarlıq görünüşünü tamamlaması və şəhərin turizm potensialının artırılmasına töhfə verməsi də vurğulanıb.
Xatırladaq ki, "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160-a yaxın media təmsilçisi, ekspert və rəsmi şəxs iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB