"Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi Azərbaycanın müasir dövlət idarəçiliyində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
_(1)_(1)_(2)_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, bu addım rəqəmsal transformasiyanın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu göstərir və innovativ idarəetmə modelinin daha da möhkəmləndirilməsinə xidmət edir:
"Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Şuranın fəaliyyətə başlaması rəqəmsal inkişaf sahəsində vahid strategiyanın formalaşdırılması, dövlət xidmətlərinin daha çevik və şəffaf təşkili, süni intellekt, innovasiya və yüksək texnologiyalar üzrə yeni hədəflərin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu, Prezident İlham Əliyevin müəyyən etdiyi rəqəmsal inkişaf kursunun uğurla davam etdirildiyini göstərən mühüm institusional addımdır və Azərbaycanın regionun qabaqcıl rəqəmsal mərkəzlərindən birinə çevrilməsi istiqamətində görülən işlərə əlavə təkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB