AŞPA qərəzi ilə növbəti riyakarlığını nümayiş etdirdi - TƏHLİL

AŞPA qərəzi ilə növbəti riyakarlığını nümayiş etdirdi - TƏHLİL

Nasistlərin əsas ideoloqu olan Frank Şvaber 30 ildə olduğu kimi, bu gün də öz ampluasındadır

Dünya dəyişir, yeni reallıqlar və vəziyyətlər yaranır. Dünya iqtisadiyyatına, mədəniyyətinə, elminə, texnologiyasına və digər sahələrə mühüm töhfələr verən yeni dövlətlər formalaşır. Bu halda iddiaları ilə seçilməyə çalışan ölkələr hər bir sahə üzrə çökməyə, tənəzzül etməyə başlayırlar. Ancaq hikkələri reallıqları etiraf etməyə imkan vermir. Yeni güc mərkəzlərini, dövlətləri hədəfə almaqla durumu dəyişməyə ümid edirlər. Son illər dünyanın ən qüdrətli dövlətləri sırasında yer alan Azərbaycanın Fransa, Almaniya, Niderland, ABŞ-ın bəzi dairələrinin, Kanada və digər dövlətlərin hakimiyyətləri tərəfindən məqsədyönlü formada hədəfə alınması qeyd olunanlara misal ola bilər. Xüsusilə də, Azərbaycanın 44 günlük Vətən Müharibəsində 30 illik erməni işğalına son qoyaraq torpaqlarını azad etməsi ilə bəzi "Xristian klubu"nun fəal üzvü olan dövlətlərin, eləcə də onların əksəriyyətinin təmsil olunduğu AŞPA-nın, Avropa İttifaqının başlarına qara daş, qarınlarına sarı sancı doldurdu. Başladılar Azərbaycan haqqında hədyanlar səsləndirməyə, ittihamlar irəli sürməyə, kağız parçasından başqa bir şey olmayan qətnamələr qəbul etməyə. Yalnız 2020-ci ildə böyük hərbi zəfərdən sonra AŞPA və Avropa İttifaqı ümumilikdə Azərbaycana qarşı 17 sərsəm fikirlər, anormal cümlələrdən ibarət olan qətnamə qəbul edib. Avropa Şurası Parlament Assambleyasının iyunun 24-də Azərbaycana dair qəbul etdiyi növbəti beynəlxalq təşkilat səviyyəsində dezinformasiya xarakterli qətnamə bu təşkilatın iyrənc və yarıtmaz bir qurum olduğunu təsdiqlədi. Sübuta yetirildi ki, bu təşkilat 1096-cı ildə başlayan və 200 il davam edən, sonda acınacaqlı məğlubiyyətlərə uğrayan "Səlib yürüşlər"ni bərpa etməyə çalışırlar. Daha doğrusu, xristian erməni terror toplumunun müsəlman Azərbaycan dövləti tərəfindən məhv edilərək torpaqlarını azad etməsini həzm etməyərək ölkəmizə qarşı "yürüşə" başlayıblar. Bu halda diqqətçəkən məqam ondan ibarətdir ki, xristianlar ilk "Səlib yürüşü"nə 1096-cı ilin yazında 300 min nəfərlik ordu ilə başlamışdılarsa, Azərbaycana qarşı az qala 300 milyonluq kütlə ilə hərəkət edirlər.

Fransa və Almaniya "Səlib yürüşləri"ni bərpa etməyə çalışırlar

Əgər "Səlib yürüşlər"ində Fransa və Almaniyanın rəhbərliyi ilə 12 dövlətin orduları iştirak etmişdirsə, müsəlman dövləti olan Azərbaycana qarşı xaç yürüşüləri 42 dövlət tərəfindən həyata keçirilir. Min il sonra da "komandanlıq" dəyişməyib. Yenə də Fransa və Almaniya əsas təşkilatçılardır. Ancaq unudulmamalıdır ki, biz azərbaycanlılar səlcuqlarla eyni ocağın, eyni soyun–kökün insanlarıyıq. Hansı ki, ilk xaç yürüşü elə əcdadlarımız olan səlcuqlar tərədfindən darmadağın edildi. "Müqəddəs şəhər" hesab olunan Qüds babası əslən Şamaxının Boyat düzündən olan Səlahəddin Əyyubinin komandanlıq etdiyi ordusu tərəfindən kafirlərdən təmizləndi. Bu baxımdan demək olar ki, heç bir təhdid bizi mövqeyimizdən çəkindirə bilməz. Heç bir şantaja, dezinformasiya xarakterli qətnamələrə boyun əymərik. Azərbaycan o dövlətdir ki, Ermənistanın arxasında 50-yə yaxın dövlətin dayanmasına və terrorçu quruluşa hər cür hərbi, siyasi, maliyyə dəstəyinin göstərilməsinə baxmayaraq ölkəmiz çox qısa müddətdə torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan ordusu 6 il öncəkindən daha qüdrətlidir. Əgər 6 il əvvəl Azərbaycan ordusu dünya orduları sırasında 50-ci yerdə idisə, bu gün 29-cu sırada qərarlaşır. Bu barədə Vaşinqtonda dərc edilən "U.S. News and World Report" jurnalında dərc olunan siyahıda qeyd olunur. Jurnalın araşdırmalardan sonra gəldiyi qənaətə görə, Azərbaycan ordusu dünyanın ən güclü 30 ölkəsinin orduları sırasında yer alır.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla zor dilində danışmaq mümkün deyil. Bunu çox-çox uzaqlarda dayanıb sayıqlayan dövlətlərin nümayəndələri də anlayırlar, AŞPA, Avropa İttifaqı kimi beynəlxalq təşkilatların nasistlərin şinelindən çıxan məxluqlar da başa düşürlər. Ona görə də, Frank Şvaber kimi qatı nasist məxluqu irəli verib, Azərbaycan haqqında qərəzli layihələr irəli sürdürüb, təşkilatlarda qəbul etdirirlər. Başdan-ayağa qərəz üzərində hazırlanan qətnamədə Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin, jurnalistlərin və hökuməti tənqid edən şəxslərin guya təzyiqə məruz qalması, ifadə azadlığının məhdudlaşdırılması və "siyasi məhbus"ların mövcudluğu ilə bağlı iddialar yer alır. Lakin sənəddə bu məsələlərə yalnız bir tərəfin prizmasından yanaşılıb, bəzi qeyri-hökumət təşkilatlarının, ayrı-ayrı siyasi qrupların və Azərbaycana qarşı sərt mövqeyi ilə tanınan deputatların iddiaları əsas götürülüb, rəsmi Bakının mövqeyi, Azərbaycan hökumətinin hüquqi arqumentləri və qanunvericilik çərçivəsi nəzərə alınmayıb. Bu isə sənədin balanslı deyil, birtərəfli hazırlandığı barədə qənaəti gücləndirir.

Hər gün onlarla miqrant Avropada polisin və yerli əhalinin zorakılığının qurbanı olur

Sual olunur, hər gün Almaniyada, Fransada, Niderlandda və digər Avropa ölkələrində insanlar milli mənsubiyyətinə, dini təəssübkeşliyinə görə təqib olunur, döyülür, söyülür, həbslərə atılır, nədən AŞPA bunlara göz yumur? Yalnız ötən il Almaniyada 436 nəfər miqrant, Fransada 425 nəfər miqrant, Niderlandda 237 nəfər miqrant polisin və yerli əhalinin zorakılığının qurbanı olub. Niyə özünü "insan hüquq və azadlıqlarının müdafiəçisi" adlandıran AŞPA və Avropa İttifaqı bunlara göz yumub? Avropanın müxtəlif ölkələrində jurnalistlərin saxlanılması, media qurumlarına qarşı hüquqi tədbirlər, etiraz aksiyalarının dağıdılması və siyasi hüquqların məhdudlaşdırılması ilə bağlı kifayət qədər ciddi faktlar qeydə alınıb. Bununla belə, həmin ölkələrə münasibətdə AŞPA-nın reaksiyası heç vaxt Azərbaycana olduğu qədər sərt olmayıb.

Ermənistanda 7 iyun qondarma parlament seçkilərindən sonra Paşinyanın rəqiblərinin kütləvi həbsləri həyata keçirildi. Seçkilərin keçirildiyi gün və ondan sonra Ermənistanda müxalifət nümayəndəsinin saxlanılması və siyasi rəqiblərə qarşı cinayət işlərinin açılması halları kütləvi xarakter aldı, jurnalistlər yazdıqları məqalələrə, dedikləri sözlərə görə həbslərə atıldılar. Frank Şvaber isə bütün bunları kar və kor kimi münasibət bildirmədi. Frank Şvaber 30 ildə olduğu kimi, bu gün də öz ampluasındadır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün həyatına məhkum edilməsi, şəhərlərinin, kənd və qəsəbələrinin viran qoyulması, məscidlərinin dağıdılması, tarixi abidələrini yerlə yeksan olunması, qəbiristanlıqların vandal hücumlarına məruz qalması və digər insanlıq əleyhinə olan cinayətlərə Frank Şvaber və onun təmsil olunduğu təşkilat, eləcə də təlimatlar aldığı dövlətin nümayəndələri anlamaq və görmək istəməyiblər. F.Şvaber sifarişlərə uyğun olaraq bütün günü Azərbaycana qarşı əsassız ittihamlarla çıxış edir. Gah deyir ki, Azərbaycanda "İnsan haqları" pozulur, "demokratiya yoxdur", bəzən də iddia edir ki, Azərbaycanda "siyasi məhbuslar" var. Bu məxluq daha çox "siyasi məhbuslar" şousunu yaratmağa çalışır. Ənənəvi Qərb şər və böhtanı olan bu cür sayıqlama o qədər də təəccüb doğurmur. Çünki öz dayaz düşüncələrinə görə, "siyasi məhbus" termini siyasi təzyiq rolunu oynayır. Lakin Azərbaycan xalqının el məsəli var "sirkə nə qədər tünd olsa, öz qabını çatladar". AŞPA və Avropa İttifaqı, onların ölkəmizin hər bir uğuruna hürən məxluqları anlamalıdırlar ki, qərəzli mövqe, yanlış yanaşma onların özlərinə ziyan vuracaq, necə ki, artıq genişmiqyaslı zərərin nəticələrini görməkdədirlər.

İ. ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə