"Türkmənistan Azərbaycanla Xəzər dənizi vasitəsilə sərhədi olan qardaş dövlətdir. Azərbaycan və Türkmənistan arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq uğurla inkişaf edir. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlıq ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

Onun sözlərinə görə, hər iki ölkə rəhbərinin qarşılıqlı səfərləri, keçirilən görüşlər və aparılan müzakirələr Azərbaycan-Türkmənistan münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir:
"Bu görüşlər zamanı səmimiyyət, qarşılıqlı hörmət və etimad açıq şəkildə hiss olunur ki, bu da əlaqələrin gələcək inkişafı üçün mühüm zəmin yaradır.
Türkmənistanın Avropa istiqamətində iqtisadi və nəqliyyat əlaqələrində Azərbaycan xüsusi rol oynayır. Orta Dəhliz layihəsi çərçivəsində Türkmənistan limanlarından daşınan yüklər Azərbaycan üzərindən Avropaya çatdırılır. Bu isə ölkələrimizin strateji tərəfdaşlığını daha da gücləndirir və regionun tranzit imkanlarını artırır.
Azərbaycan ümumilikdə bütün qonşu dövlətlərlə münasibətlərini qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq prinsipləri üzərində qurmağa çalışır. Bu siyasət həm quru, həm də dəniz sərhədlərinə malik olduğumuz ölkələrlə münasibətlərdə özünü aydın şəkildə göstərir. Türkmənistanla əlaqələr də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
İkitərəfli münasibətlərin möhkəmlənməsi ilə yanaşı, çoxtərəfli əməkdaşlığın genişlənməsi də Türk dünyasında inteqrasiya proseslərinə mühüm töhfə verir. Ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırır. Bu baxımdan Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq Türk Dövlətləri Təşkilatı çərçivəsində birliyin və həmrəyliyin güclənməsinə xidmət edir.
Məlumdur ki, beynəlxalq münasibətlər sistemində siyasi əlaqələrin inkişafı iqtisadi əməkdaşlığın genişlənməsinə, iqtisadi əlaqələrin möhkəmlənməsi isə siyasi münasibətlərin daha da dərinləşməsinə şərait yaradır. Azərbaycan və Türkmənistan arasında da bu qarşılıqlı əlaqə aydın şəkildə müşahidə olunur.
Bu gün ölkələrimiz arasında enerji, nəqliyyat, logistika, ticarət və humanitar sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Qarşılıqlı hörmətə və etimada əsaslanan bu münasibətlər hər iki dövlətin milli maraqlarına tam uyğundur və gələcəkdə daha böyük uğurların əldə olunmasına zəmin yaradır.
Əminliklə demək olar ki, Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək, regionda sabitliyin, əməkdaşlığın və rifahın möhkəmlənməsinə mühüm töhfə verəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB