“Azərbaycan ABŞ-la münasibətlərdə hər zaman açıq və şəffaf siyasət yürüdüb“ - POLİTOLOQ DANIŞDI
“Azərbaycan–ABŞ münasibətləri tarixən müxtəlif mərhələlərdən keçib. Bəzi dövrlərdə münasibətlərdə yaxınlaşma müşahidə olunub, bəzi dövrlərdə isə müəyyən soyuqluq hiss edilib. Bununla belə, bu enişli-yoxuşlu məqamlar daha çox ABŞ-ın daxili və xarici siyasətindəki dəyişikliklərlə bağlı olub. Azərbaycan isə beynəlxalq münasibətlərdə hər zaman fundamental prinsiplərə söykənərək qarşılıqlı hörmət, əməkdaşlıq və tərəfdaşlıq xəttini qoruyub saxlayıb”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib.
Onun sözlərinə görə, münasibətlərə üçüncü tərəflərin təsir göstərmək cəhdləri də zaman-zaman müşahidə olunub:
”Lakin Azərbaycan öz xarici siyasətində hər zaman konstruktiv əməkdaşlığa üstünlük verib, qeyri-konstruktiv yanaşmaları isə qəbul etməyib.
Donald Trampın prezidentliyi dövründə Azərbaycan–ABŞ münasibətlərində yeni bir mərhələnin formalaşdığını müşahidə edirik. Xüsusilə son illərdə iki ölkə arasında siyasi dialoq, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional sabitlik məsələləri üzrə əməkdaşlıq daha da genişlənib.
Azərbaycanın təşəbbüs göstərdiyi regional sülh gündəliyi və nəqliyyat layihələri də Vaşinqton tərəfindən diqqətlə izlənilir. Xüsusilə Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələr Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihələr yükdaşımaların sürətlənməsinə, logistika imkanlarının genişlənməsinə və regional inteqrasiyanın dərinləşməsinə xidmət edir.
Azərbaycan ABŞ-la münasibətlərdə hər zaman açıq və şəffaf siyasət yürüdüb. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələləri iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Azərbaycan bu sahələrdə öz mövqeyini daim açıq şəkildə ifadə edib və qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu nümayiş etdirib.
Bu gün Azərbaycan–ABŞ münasibətlərində qarşılıqlı etimadın mövcud olduğunu söyləmək mümkündür. Bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyi, yeni əməkdaşlıq platformalarının yaranacağı və əlaqələrin daha da dərinləşəcəyi gözlənilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB