Müstəqilliyimiz əbədidir, dönməzdir - MƏQALƏ

1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olanAzərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın millivə siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır. Azərbaycanın müstəqillik tariximəhz 1918-ci ildən başlanır. Azərbaycan XalqCümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixivəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamentivə Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. 1918-ci ilin avqustunda “Xalqmaarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilinsentyabrında Xalq Cümhuriyyəti Parlamentitərəfindən Bakı şəhərində universitet açmaqhaqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və ortatəhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm veribvə məhz 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunub. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratikprinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi.

Azərbaycan Xalq Cümhuriyyəti qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyimüstəqillik ideyası unudulmadı. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə ölkəyə rəhbərlik edən ünsürlərin idarəçilik qabiliyyətinin yoxluğu, siyasi savadsızlığı, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstüntutmaları ucbatından müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalsa da, 1993-cü ildə UluÖndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasətin nəticəsində qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, XalqCümhuriyyətinin siyasi və mənəvi varisi olmaqlaonun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. “Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir” söyləyən dövlət başçısı İlhamƏliyev bildirir ki, biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi Ulu Öndər Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. 1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici ölkələr, onların Azərbaycandakı nümayəndələri buradahakimiyyətə göstərişlər, təlimatlar verirdi. Əlbəttə ki, bu, tariximizin bəlkə də ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə məhz Ümummilli Lider Heydər Əliyevin cəsarəti, müdrikliyi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı bu müstəqillik yoluna çıxarıb. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik.

Azərbaycanın bu gün hər sahədə qazandığı uğurlar, əldə etdiyi təcrübə göz önündədir. Azərbaycan sabitləşdirici aktordur. Ölkəmizin iştirakı olmadan bölgədə heç bir layihə icra edilə bilməz. Azərbaycanın yerləşdiyi coğrafi məkan, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Azərbaycanın uğurlarının zirvəsində dayanantarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının reallıqları fonunda qalib Azərbaycan beynəlxalq münasibətlər sistemində rolunu artırır, siyasimövqeyini daha da möhkəmləndirir. Son beş ildən artıq dövrdə tarixi sahibinə qovuşmuştorpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu ərazilərimiz cənnət məkana çevrilir. Xalqımız bizə bu sevinci yaşadanMüzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna hər zaman minnətdardır. Azərbaycanın uğurlarını şərtləndirən amillər sırasında müstəqil siyasəti xüsusi qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin şah əsəri olanmüasir müstəqil Azərbaycan son 22 ildən artıq dövrdə cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni hədəflərə doğru inamla addımlayır. Prezidentİlham Əliyev bu çağırışı edir ki, biz daim irəli baxmalıyıq, zamanı qabaqlamalıyıq.

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə