Bakıda keçirilən World Urban Forum 13-ün final mərhələsi bu gün uğurla başa çatıb
Bakıda keçirilən World Urban Forum 13-ün final mərhələsi bu gün uğurla başa çatıb. Forum çərçivəsində gün ərzində şəhərsalma, dayanıqlı inkişaf, iqlim dəyişiklikləri, nəqliyyat infrastrukturu və “ağıllı şəhər” həlləri kimi mövzuları əhatə edən panel sessiyalar, müzakirələr və tematik tədbirlər təşkil olunub.
SİA xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr, ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri tədbirdə iştirak edərək qlobal urbanizasiya gündəliyinə dair fikir mübadiləsi aparıblar. Forumda gənclərin iştirakı, innovativ yanaşmalar və müasir şəhər inkişafı modelləri də əsas müzakirə mövzuları sırasında yer alıb, eyni zamanda sərgilər, təqdimatlar və xüsusi görüşlər keçirilib. Tədbir beynəlxalq əməkdaşlığın genişləndirilməsi və şəhərlərin gələcək inkişaf strategiyalarının formalaşdırılması baxımından mühüm platforma kimi dəyərləndirilib.
Bağlanış mərasimində çıxış edən BMT Baş katibinin müavini Amina Mohammed United Nations Human Settlements Programme ilə birgə forumun uğurla təşkilinə görə Azərbaycana təşəkkürünü ifadə edib və Bakıda göstərilən yüksək səviyyəli qonaqpərvərlik və liderliyi xüsusi vurğulayıb.
World Urban Forum 13 rekord göstərici ilə yadda qalıb. United Nations Human Settlements Programme-ın icraçı direktoru Anacláudia Rossbach bildirib ki, forum çərçivəsində 176 ölkədən ümumilikdə 57 min iştirakçı Bakıda bir araya gəlib.
Meksika nümayəndəsi Rosio Lombera Qonsales forumdan çoxsaylı yeni ideya və təcrübə ilə qayıtdıqlarını qeyd edib. Azərbaycan tərəfi isə United Nations Human Settlements Programme komandasına və tərəfdaşlara səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə tədbirin işıqlandırılmasında media nümayəndələrinin roluna görə minnətdarlığını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB