Bakı Ümumdünya Şəhərsalma Forumunda estafeti Mexikoya ötürüb

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) bağlanış mərasimində estafet növbəti ev sahibi şəhərə – Mexikoya təqdim olunub.

SİA-nın məlumatına görə, təhvilvermə mərasimi forumun son günündə baş tutub və bu, WUF13-ün rəsmi yekun hissəsi kimi qeyd edilib.

Tədbir zamanı Meksikanın paytaxtı Mexikonun şəhərsalma potensialını və gələcək hazırlıqlarını əks etdirən video təqdimat nümayiş etdirilib.

Beləliklə, Ümumdünya Şəhərsalma Forumunun 14-cü sessiyası 2028-ci ildə Mexiko şəhərində keçiriləcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə