“Layiqli mənzil universal, əlçatan və ədalətli dövlət xidmətləri olmadan təmin edilə bilməz”
Qambiya nümayəndəsi World Urban Forum 13 çərçivəsində beynəlxalq ictimaiyyətə ünvanladığı mesajında mənzilin insan hüququ olduğunu, bunun yalnız sosial siyasət aləti kimi deyil, fundamental hüquq kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.
SİA xəbər verir ki, bunu Qambiyanın paytaxtı Banjulun meri Rohi Malik Lou forumun bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, layiqli mənzil universal, əlçatan və ədalətli dövlət xidmətləri olmadan təmin edilə bilməz və bu sahədə yerli və regional hakimiyyət orqanları geniş səlahiyyətlər, dayanıqlı maliyyələşmə və siyasi tanınma ilə dəstəklənməlidir. Eyni zamanda qeyd olunub ki, Davamlı İnkişaf Məqsədi 11 və Yeni Şəhər Gündəliyinin effektiv icrası rəqəmsal bərabərsizlik və struktur maneələr aradan qaldırılmadan mümkün deyil. Banjul meri vurğulayıb ki, yerli və regional idarəetmə qurumları qlobal öhdəliklərin formalaşdırılması prosesində aktiv iştirak etməli, icra yükü isə yalnız icmaların üzərinə qoyulmamalıdır. O əlavə edib ki, bu məsələ təkcə idarəetmə deyil, həm də etimad, demokratiya və çoxtərəfli əməkdaşlığın gələcək dayanıqlılığı ilə birbaşa bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB