Ukraynada yeni mənzil siyasəti haqqında qanunun qəbul edildiyi və köhnə Mənzil Məcəlləsinin ləğv olunduğu bildirilib.
SİA xəbər verir ki, bu sözləri Ukrayna parlamentinin deputatı Olena Şuliak Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Xarkovda evlərin yenidən qurulması və Gələcək Şəhər” adlı tədbirdə çıxışı zamanı deyib.
Deputat bildirib ki, yeni qanun ölkədə müasir, şəffaf və keyfiyyətli mənzil siyasətinin formalaşdırılması üçün geniş imkanlar yaradır.
Onun sözlərinə görə, Rusiyanın hücumları nəticəsində Ukraynada mənzil fondunun 13 faizi dağılıb, 2,5 milyon ailənin evi zədələnib və ya tamamilə məhv olub. Bu isə 70 milyon kvadratmetrdən çox yaşayış sahəsi deməkdir.
Olena Şuliak qeyd edib ki, hazırda Ukraynada təxminən 5 milyon məcburi köçkün var, eyni zamanda 6,5 milyondan çox ukraynalı xaricdə yaşayır.
O əlavə edib ki, Ukraynanın Avropa İttifaqına inteqrasiyası çərçivəsində mənzil qanunvericiliyinin yenilənməsi əsas öhdəliklərdən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB