"Forum Azərbaycanın urbanizasiya sahəsində inkişaf modelini təqdim edir" - POLİTOLOQ
"Bakıda keçirilən World Urban Forum 13 təkcə şəhərsalma və urbanizasiya mövzularının müzakirə edildiyi platforma kimi deyil, həm də Azərbaycanın beynəlxalq siyasi və diplomatik çəkisinin göstəricisi kimi qiymətləndirilir".
Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
_(1)_(1).jpg)
Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, BMT nümayəndələrinin, şəhər planlaşdırıcılarının və ekspertlərin Bakıya gəlməsi şəhərin artıq regional deyil, qlobal dialoq məkanına çevrildiyini göstərir: "Xüsusilə postmünaqişə dövründə Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi “ağıllı şəhər”, dayanıqlı infrastruktur və yenidənqurma layihələri beynəlxalq medianın diqqətini cəlb edir. Bu forum vasitəsilə Bakı həm öz inkişaf modelini nümayiş etdirir, həm də urbanizasiya sahəsində qlobal gündəliyin formalaşmasında iştirak edən aktor kimi çıxış edir.
WUF13 ətrafında yaranan beynəlxalq maraq Azərbaycanın yumşaq güc imkanlarını da genişləndirir. Belə tədbirlər yalnız iqtisadi və texniki məsələlərin müzakirəsi ilə məhdudlaşmır, eyni zamanda ölkənin təhlükəsizliyi, sabitliyi, təşkilatçılıq qabiliyyəti və beynəlxalq etibarı barədə siyasi mesajlar da formalaşdırır. Xarici media Bakını artıq yalnız enerji və geosiyasət mərkəzi kimi deyil, qlobal tədbirlərə ev sahibliyi edən müasir şəhər modeli kimi təqdim edir. Bu isə Azərbaycanın beynəlxalq imicinin güclənməsi və gələcəkdə yeni siyasi, iqtisadi və humanitar layihələr üçün əlavə imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB