“Yaşıl məkanlar və enerji səmərəliliyi şəhərlərdə dayanıqlılığı gücləndirir” - Nazir müavini

“Davamlılıq hər kəsi, xüsusilə həssas icmaları əhatə etməlidir. Bakı və Sumqayıt kimi şəhərlər üçün daha çox yaşıllıq sahələrinin salınması, ağacəkmə aksiyalarının genişləndirilməsi, kölgəli ictimai məkanların yaradılması, enerjiyə qənaət edən binaların tikilməsi, istilik izolyasiyasının yaxşılaşdırılması və suya qənaət sistemlərinin tətbiqi kimi praktiki addımlar mühüm əhəmiyyət daşıyır”.

SİA xəbər xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə WUF13 çərçivəsində "İqlim-mənzil əlaqəsi bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?" mövzusunda keçirilən sessiyada deyib.

Bu həllər istiliyin təsirini azaltmağa, havanın keyfiyyətini yaxşılaşdırmağa, sel risklərini azaltmağa və şəhər həyatını daha sağlam və rahat etməyə kömək edə bilər.

Məhdud maliyyə resursları nəzərə alınaraq, Azərbaycan daha az xərc tələb edən, lakin yüksək nəticə verən həllərə üstünlük verməlidir. Bunlara yaşıl ictimai məkanların artırılması, sudan səmərəli istifadə, binalarda keyfiyyətli izolyasiya və icma əsaslı şəhərsalma yanaşmaları daxildir. Bu tədbirlər eyni zamanda iqlim dəyişikliklərinə uyğunlaşmanı dəstəkləyə, emissiyaları azalda və sosial dayanıqlılığı gücləndirə bilər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə