Böyük Britaniya, Almaniya, İtaliya, Misir, Uqanda və Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsə həmtəşkilatçı və tərəfdaş kimi qoşulduğu, həmçinin çoxsaylı beynəlxalq təşkilatların dəstək verdiyi qeyd olunub.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov “Münaqişə və həssas bölgələrdə şəhər həlləri vasitəsilə sülhə yönəlik iqlim fəaliyyəti” adlı tədbirdə deyib.
O bildirib ki, beynəlxalq platformalarda qəbul edilən bir çox təşəbbüslər çox vaxt sənəd mərhələsində qalır və icra olunmur.
Elşad İskəndərov qeyd edib ki, COP29 çərçivəsində irəli sürülən yanaşma təşəbbüslərin real icra mərhələsinə keçməsinə yönəlib və artıq bu istiqamətdə Çad, Qvineya-Bisau və Qambiya ilə anlaşma memorandumları imzalanıb.
Diplomat bu prosesdə tərəfdaş ölkələrin iştirakını yüksək qiymətləndirib və onların sahə üzrə məlumat mübadiləsinin vacibliyini vurğulayıb.
O əlavə edib ki, növbəti mərhələdə əsas diqqət şəhərsalma və davamlı məskunlaşma məsələlərinə yönəlməlidir: “İqlim təsirinə məruz qalmış qaçqın düşərgələri dayanıqlı yaşayış məntəqələri ilə əvəz olunmalıdır”.
Elşad İskəndərov Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma modelini, xüsusilə Zəngilan təcrübəsini nümunə kimi göstərib.
O bildirib ki, təşəbbüs “Smart, Sustainable Settlements for Safe Return” konsepsiyasına əsaslanır və məqsəd təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı məskunlaşma həllərinin tətbiqidir.
Diplomat sonda bu istiqamətdə tərəfdaşlarla qurulan əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB