“İqlim dəyişiklikləri, urbanizasiya və postmünaqişə bərpası bir-biri ilə sıx bağlıdır” - Elşad İskəndərov
Burada iqlim dəyişikliyi, urbanizasiya, postmünaqişə dövründə yenidənqurma, sülh və həssaslıq məsələlərinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov WUF13 çərçivəsində keçirilən “Münaqişə və həssas bölgələrdə şəhər həlləri vasitəsilə sülhə yönəlik iqlim fəaliyyəti” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, iqlim dəyişikliyi ilə urbanizasiya arasındakı əlaqə artıq real hadisələrlə özünü göstərir: “Son günlər müşahidə olunan güclü yağışlar bu təsirin açıq nümunəsidir”.
Elşad İskəndərov qeyd edib ki, bu çağırışlar şəhər planlaşdırılması və urbanizasiya sahəsində yeni yanaşmalar tələb edir və bu məsələ müvafiq dövlət qurumlarının qarşısında duran əsas vəzifələrdən biridir.
Diplomat vurğulayıb ki, postmünaqişə ərazilərində iqlim çağırışları daha mürəkkəb vəziyyət yaradır: “Burada mina təhlükəsi, təhlükəsizlik və dağıdılmış infrastruktur problemləri də mövcuddur”.
O əlavə edib ki, dünyada iqlim dəyişikliklərindən təsirlənən qaçqın düşərgələrində ciddi çətinliklər yaşanır və iqlim səbəbilə məcburi köçkünlərin sayı artmaqdadır.
Elşad İskəndərov bildirib ki, COP29 çərçivəsində irəli sürülən Bakı İqlim və Sülh Mərkəzi təşəbbüsü bu problemlərin həllinə yönəlib.
Onun sözlərinə görə, təşəbbüsün məqsədi postmünaqişə bölgələrində iqlim həllərini təşviq etmək, sülhə töhfə verən yanaşmaları gücləndirmək və iqlim maliyyəsinə çıxışı genişləndirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB