FHN Akademiyasının rəisi: Nəzəri biliklər praktiki təcrübə ilə uzlaşdırılmalıdır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşkilatçılığı ilə praktiki-maarifləndirici tədbir keçirilib.

Bu barədə SİA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə Akademiyanın rəisi Baba Salayev, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi Rüfət Fəradov, Baş idarənin idarə rəisi Azadi Quliyev, əməkdaşlar və kursantlar iştirak ediblər.

FHN Akademiyasının rəisi Baba Salayev nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılmasının vacibliyini vurğulayıb.

Rüfət Fəradov isə Xidmətin fəaliyyət istiqamətləri, sularda təhlükəsizliyin təmin olunması və çimərlik mövsümünə hazırlıq tədbirləri barədə məlumat verib.

Daha sonra çıxış edən FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov Xidmətin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

O qeyd edib ki, Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarında, su anbarlarında, digər sututarlarında kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı, habelə çimərliklərdə, dənizkənarı kütləvi istirahət yerlərində insanların sularda təhlükəsizliyinin etibarlı təmin edilməsi istiqamətində Xidmət tərəfindən mühüm tədbirlər həyata keçirilir.

Tədbirdə kiçikhəcmli gəmilərin istismarı və su obyektlərində təhlükəsizlik sahəsində peşəkar kadr hazırlığının vacibliyi qeyd olunub, kursantlara bu istiqamətdə müasir yanaşmalar və təhlükəsizlik tədbirləri barədə məlumat verilib.

İnteraktiv formatda keçirilən tədbir zamanı kursantlar fəallıq nümayiş etdirib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə