“Tədbir çərçivəsində gənclərin fəal iştirakı üçün geniş imkanlar yaradılıb”

Tədbir çərçivəsində iştirakçıların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə bir sıra müasir və komfortlu nəqliyyat vasitələri, o cümlədən pulsuz avtobuslar fəaliyyət göstərir.
SİA xəbər verir ki, bu sözləri Thipparat Noppaladarom Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında deyib.

Onun sözlərinə görə , Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, ölkəyə gələn xarici qonaqlar da bu xidmətlərdən istifadə edərək tədbir məkanına asanlıqla və vaxtında çata bilirlər. Nəqliyyatın mütəşəkkil şəkildə təşkil olunması tədbirin ümumi səmərəliliyinə və iştirakçı məmnunluğuna mühüm töhfə verir.

Eyni zamanda, tədbir çərçivəsində gənclərin fəal iştirakı üçün geniş imkanlar yaradılıb. Bunun üçün xüsusi tematik stendlər və informasiya zonaları təşkil olunub. Bu stendlərdə həm yerli, həm də beynəlxalq şirkətlər öz fəaliyyət sahələri, layihələri və gələcək planları barədə ətraflı məlumat təqdim edirlər. İştirakçılar isə bu imkanlardan yararlanaraq müxtəlif sahələr üzrə yeni biliklər əldə edə, suallar ünvanlaya və birbaşa mütəxəssislərlə ünsiyyət qura bilirlər.

Ümumilikdə, yaradılan bu şərait tədbirin daha interaktiv, əlçatan və məhsuldar keçməsinə imkan verir, həm yerli, həm də beynəlxalq əməkdaşlığın inkişafına zəmin yaradır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə