“Gənclər və həssas qruplar üçün əlçatan və keyfiyyətli mənzil olduqca vacibdir“ - ŞAVKAT MİRZİYOYEV
“Burada 25 milyard ABŞ dollarından artıq dəyəri olan investisiya layihələri həyata keçirilmişdir. Forum çərçivəsində keçirilən Urban Export sərgisində bu layihə konsepsiyasının təqdimatı da baş tutur”.
SİA xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində bildirib.
Onun sözlərinə görə, ən mühüm məqam ondan ibarətdir ki, oxşar layihələr yalnız paytaxtda deyil, ölkəmizin bütün regionlarında “Yeni Özbəkistan Prezident Təşəbbüsü” çərçivəsində həyata keçirilir:
”Bu günə qədər 61 belə prezident şəhərciyi inşa edilmişdir və 2030-cu ilə qədər bu rəqəmin 100-ə çatdırılması planlaşdırılır.
Bu fürsətdən istifadə edərək, BMT İnsan Məskənləri Proqramının İcraçı Direktoru xanım Anna Klaudiya Rosbaşa, həmçinin Dünya Bankına, Asiya İnkişaf Bankına və digər aparıcı maliyyə institutlarına şəhərsalma və urban inkişaf sahəsində göstərdikləri dəyərli dəstəyə görə təşəkkürümü bildirirəm.
Hörmətli forum iştirakçıları, müzakirə olunan mövzularla bağlı bir neçə təklif və təşəbbüs irəli sürmək istərdim.
Birincisi, əhalinin bütün regionlarda bərabər yaşayış şəraitinə malik olması kiçik və orta şəhərlərin harmonik inkişafını tələb edir. Bu baxımdan, tərəfdaş ölkələri balanslı urbanizasiya və şəhər inkişafı prinsipini geniş şəkildə tətbiq etməyə çağırıram.
İkincisi, süni intellekt və rəqəmsal transformasiyanın şəhər idarəçiliyində yaratdığı imkanlara bütün ölkələrin bərabər çıxışı təmin edilməlidir. Bu məqsədlə mən şəhərlərin ağıllı və təhlükəsiz idarə olunması üzrə beynəlxalq alyansın yaradılmasını təklif edirəm ki, burada texnologiya, standartlar və təcrübə mübadiləsi sistemli şəkildə həyata keçirilsin.
Üçüncüsü, gənclərin və həssas əhali qruplarının keyfiyyətli və əlçatan mənzillə təmin olunması həyati əhəmiyyət daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB