“Tədbirin logistika, qarşılanma və proqramı çox mükəmməl təşkil olunub” - WUF13 iştirakçısı
“Mən Ümumdünya Şəhərsalma Forumu ilə əlaqədar Bakıya səfər etməkdən və burada iştirak etməkdən çox xoş təəssürat aldım. İlk olaraq Bakı şəhəri haqqında danışmaq istərdim , Bakı həqiqətən çox gözəl, dinamik və inkişaf etmiş bir şəhərdir”.
SİA xəbər verir ki, bu sözləri Steven Robert Alan Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında bildirib.
Onun sözlərinə görə, əvvəlcə düşünürdüm ki, bu regiondakı digər şəhərlərə bənzər bir mühit görəcəyəm, lakin Bakı mənim gözləntilərimi aşdı:
”Şəhər həm daha müasir, həm daha səliqəli, həm də Avropa üslubuna yaxın urbanistik struktura malikdir. Burada köhnə memarlıq ilə yeni şəhərsalma yanaşmasının çox gözəl şəkildə birləşdirildiyini görmək mümkündür.
Forumun təşkilinə gəldikdə isə, hər şey olduqca yüksək səviyyədə və peşəkar şəkildə həyata keçirilib. Logistika, qonaqların qarşılanması, tədbir proqramı və ümumi idarəetmə çox mükəmməl şəkildə təşkil olunub. Şəhərin nizam-intizamı, infrastrukturu və xidmət sahələri baxımından burada çox yaxşı bir sistem qurulduğu açıq şəkildə hiss olunur.
Buna görə Bakı şəhər rəhbərliyinə, Azərbaycan hökumətinə, Bakı sakinlərinə və həmçinin BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) təşəkkürümü bildirirəm. Həqiqətən çox dəyərli və yadda qalan bir təcrübədir. Burada olmaq mənim üçün böyük məmnuniyyətdir və bu tədbirin təşkilinə töhfə verən hər kəsə minnətdaram”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB