“Prezident İlham Əliyevin sülh strategiyası regionda sabitliyin əsas təminatıdır” - Rizvan Nəbiyev
“Cənab Prezidentin Zəngilan səfəri zamanı səsləndirdiyi fikirlər regionda gedən proseslərin mahiyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Xüsusilə Şərqi Zəngəzurla bağlı verilən mesajlar həm tarixi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır”.
SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rizvan Nəbiyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada səsləndirib.
Deputat bildirib ki, bu gün regionda yeni reallıq və yeni status-kvo formalaşıb: “Azərbaycan sülh diplomatiyasını praktik addımlarla həyata keçirən əsas aktorlardan biridir və bu siyasətin memarı Prezident İlham Əliyevdir”.
Rizvan Nəbiyev qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Ağdam, Laçın və Kəlbəcər döyüşsüz şəkildə Azərbaycana qaytarılıb: “Bu, həm hərbi, həm də diplomatik müstəvidə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi idi”.
O vurğulayıb ki, Azərbaycan bütün fəaliyyətini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirib və regionda dayanıqlı sülhün təmin olunması üçün ardıcıl siyasət yürüdür.
Deputat əlavə edib ki, işğal dövründə Azərbaycanın infrastrukturuna və iqtisadi potensialına on milyardlarla dollar həcmində ziyan dəyib.
Rizvan Nəbiyev bildirib ki, Ermənistanın xarici təsirlər altında siyasət yürütməsi regionda sabitlik üçün əlavə risklər yaradır.
Onun sözlərinə görə, Azərbaycan bütün bu proseslər fonunda sülhün, əməkdaşlığın və regional sabitliyin əsas təminatçılarından biri kimi çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB