"Media sülh mesajlarının cəmiyyətə çatdırılmasında mühüm rol oynayır" - Natiq Məmmədli
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngilan rayonunda sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlər həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq auditoriyaya sülh və birgəyaşayış mesajı kimi dəyərləndirilib.
SİA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Agentliyin təşkilatçılığı ilə keçirilən "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masada deyib.
Natiq Məmmədli bildirib ki, Prezidentin çıxışının əsas mahiyyəti regionda davamlı sülhün təmin olunması, xalqlar arasında ləyaqətli birgəyaşayışın formalaşdırılması və əməkdaşlığın genişləndirilməsidir.
Onun sözlərinə görə, Azərbaycan bu gün regionda sülh prosesinin təşəbbüskarı və müəllifi kimi çıxış edir: “Bu yanaşma ölkəmizin yalnız siyasi deyil, həm də mənəvi məsuliyyətini ortaya qoyur”.
Jurnalist qeyd edib ki, dünyanın müxtəlif ölkələrində sülhlə bağlı çağırışlar səslənsə də, Azərbaycanın mövqeyi sözlə əməl birliyinə əsaslanır: “Sülh yalnız bəyanat deyil, konkret siyasi iradə və real addımlarla dəstəklənən bir prosesdir”.
Natiq Məmmədli medianın bu prosesdə xüsusi rol oynadığını vurğulayıb: “Azərbaycan mediasının əsas vəzifələrindən biri sülh ideyalarının təbliği, ictimaiyyətin düzgün məlumatlandırılması və beynəlxalq dialoqa töhfə verməkdir”.
O əlavə edib ki, ölkədə formalaşan ictimai-siyasi mühit milli dəyərlərə əsaslanır və bu dəyərlərin qorunaraq beynəlxalq səviyyədə təqdim olunması mühüm istiqamətlərdən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB