Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər - Yuri Qusev
Azərbaycanın Qarabağ bölgəsinin bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər.
SİA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Azərbaycan Prezidentinin Administrasiyasının dəvəti ilə diplomat həmkarlarımla birlikdə Qarabağ regionuna səfər etdik (1-2 may - red.). Bərpa və inkişaf tempi heyrətamizdir - Ukraynanın bərpası üçün faydalı təcrübədir", - Y.Qusev yazıb.
O, həmçinin bildirib ki, səfər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Kiyev və Bakı arasında münasibətlərin inkişafını müzakirə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB