Avtomobil idxalına görə rüsumlar 25 % artırılacaq - Trampdan avropalılara BƏD XƏBƏR

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından (Aİ) idxal edilən avtomobil və yük maşınları üzrə tariflərin artıq növbəti həftə 25 %-ə qədər artırılacağını anons edib. SİA-nın məlumatına görə, Ağ Ev rəhbəri bu barədə o, "Truth Social"da yazıb. Tramp öz paylaşımında Aİ-ni ABŞ ilə ticarət sazişi üzrə öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb.

"Bu xəbəri elan etməkdən məmnunam: növbəti həftə Aİ-dən ABŞ-yə idxal edilən avtomobil və yük maşınlarına tətbiq olunan tarifləri artıracağam, çünki ittifaq tam razılaşdırılmış ticarət sazişinə riayət etmir. Tariflər 25 %-ə qədər artırılacaq", - o yazıb. Bununla yanaşı, Tramp vurğulayıb ki, ABŞ ərazisində istehsal olunan avtomobillərə rüsum tətbiq edilməyəcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə