“Erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mədəni irsimizin təbliği” layihəsinin icrasına başlanıb
Azərbaycan Respublikası Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Qloballaşma vəMilli Həmrəylik İctimai Birliyinin təşkilatçılığı ilə “Ermənivandalizmi nəticəsində dağıdılmış maddi-mədəni irsimizintəbliği ” adlı layihənin icrasına başlanılıb.
SİA xəbər verir ki, layihənin məqsədi erməni vandalizmi nəticəsində dağıdılmış və ya məhv edilmiş, Azərbaycan xalqına məxsus qədim maddi-mədəni sərvətlərin, milli-mənəvi dəyərlərin araşdırılması,maddi-mədəni irsimizin təbliği və gələcək nəsillərə ötürülməsidir. Qloballaşma və modern həyat tərzinin təsiri ilə, ermənivandalları tərəfindən dağıdılmış və ya tam məhv edilmiş, zamanla unudulmağa məhkum olunan mədəni irsimizinqorunması, yaşadılması bu təşəbbüsün əsas prioritetlərindəndir.
Tədbirlər 2026-cı il ərzində Bakı, Qəbələ və Şamaxışəhərlərində keçiriləcək. Hər bir regionda təşkil olunacaqtədbirlərdə iştirakçılar Azərbaycan xalqına məxsus maddi-mədəni sərvətləri, mədəniyyəti ilə bağlı zəngin bilgilərlə tanışolacaqlar. Eyni zamanda, reğionlarda yaşayan xalqımızınnümayəndələrinin mövzu ilə bağlı fikirləri və təklifləritəşkilatımız üçün yeni layihələrin yaranmasında stimullaşdırıcırol oynayacaq.
Layihənin təşəbbüskarları hesab edirlər ki, bu kimi tədbirlərmədəni yaddaşın qorunması, gənclər arasında milli kimliyinmöhkəmləndirilməsi, maddi-mədəni irsimizin qorunması vətəbliği istiqamətində, ictimai həmrəyliyin gücləndirilməsibaxımından mühüm rol oynayacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB