“Əməkdaşlığın yalnız siyasi deyil, iqtisadi və humanitar müstəvidə də genişləndirilməsi prioritetdir” - ŞƏRH OLUNDU
“Qəbələdə səsləndirilən bəyanatlar, ilk növbədə, Azərbaycan–Ukrayna münasibətlərinin strateji məzmununun qorunduğunu və hətta yeni mərhələyə keçdiyini göstərir”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.
Onun sözlərinə görə, İlham Əliyev və Volodimir Zelenski çıxışlarında siyasi dəstək, ərazi bütövlüyü prinsipinə qarşılıqlı hörmət və beynəlxalq hüquqa istinad xüsusi vurğulanır:
” Bu, sadəcə diplomatik ritorika deyil, eyni zamanda hər iki ölkənin oxşar təhlükəsizlik çağırışları fonunda formalaşmış siyasi həmrəylik mesajıdır. Azərbaycanın Ukraynaya münasibətdə nümayiş etdirdiyi balanslı, lakin prinsipial mövqe , xüsusilə humanitar dəstək və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, bu bəyanatlarda dolayı şəkildə təsdiqlənir.
Digər tərəfdən, çıxışlarda diqqət çəkən mühüm xətt əməkdaşlığın yalnız siyasi deyil, iqtisadi və humanitar müstəvidə də genişləndirilməsi niyyətidir. Zelenskinin Azərbaycanın enerji və logistika imkanlarına istinad etməsi, Əliyevin isə postmünaqişə dövründə bərpa və inkişaf təcrübəsini önə çıxarması tərəflərin bir-birini tamamlayan tərəfdaş kimi gördüyünü göstərir. Bu, xüsusilə regionda yeni nəqliyyat marşrutlarının formalaşdığı və enerji xəritəsinin yenidən qurulduğu bir dövrdə əhəmiyyətlidir. Ümumilikdə, Qəbələ bəyanatları göstərir ki, Bakı və Kiyev münasibətləri yalnız mövcud böhran kontekstində deyil, uzunmüddətli strateji əməkdaşlıq perspektivində qurmağa çalışır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB