“Azərbaycan Qafqazda şəhər mədəniyyətinin formalaşdığı ən qədim mərkəzlərdəndir” - ELDAR RƏSULOV
“Azərbaycanın şəhərsalma mədəniyyəti haqqında beynəlxalq ictimaiyyətə məlumatın çatdırılması müasir dövrdə strateji əhəmiyyət kəsb edən istiqamətlərdən biridir”.
SİA xəbər verir ki, bu sözləri ADA Universitetində təşkil olunan World Urban Forum 13 (WUF13) tədbirinin məlumatlandırma sessiyasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov bildirib.
“Bu baxımdan, mövcud platformalar vasitəsilə ölkənin urban inkişaf modeli, yanaşmaları və təcrübələri geniş auditoriyaya təqdim olunur. Xüsusilə keçirilən 13-cü sessiya çərçivəsində hazırlanacaq geniş və sistemli məlumatlar bu mövqenin daha da möhkəmlənməsinə xidmət edir.
Digər tərəfdən, Azərbaycanın şəhərsalma mədəniyyətinə müasir elmi yanaşma çərçivəsində beynəlxalq ictimaiyyətə mühüm mesajların ötürülməsi nəzərdə tutulur. Bu tədbirin Baku şəhərində keçirilməsi isə onun həm siyasi, həm iqtisadi, həm də tarixi və mədəni əsaslara söykəndiyini göstərir.
Elmi araşdırmalar və arxeoloji qazıntılar təsdiq edir ki, Azərbaycan Qafqaz regionunda şəhər mədəniyyətinin formalaşdığı ən qədim mərkəzlərdən biridir. Bu baxımdan ölkə ərazisi erkən urbanizasiya proseslərinin öyrənilməsi üçün mühüm elmi mənbə kimi çıxış edir. Beləliklə, bu faktların beynəlxalq ictimaiyyətə çatdırılması Azərbaycanın şəhərsalma tarixinin və mədəni irsinin qlobal səviyyədə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB