“Latviya Prezidentinin Azərbaycana səfəri münasibətləri yeni mərhələyə aparır” -DEPUTAT DANIŞDI
“Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, bu səfər, ilk növbədə, Latviya ilə Azərbaycan arasında diplomatik, iqtisadi və strateji əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:
“Məlumdur ki, hər iki ölkə müxtəlif regional platformalarda, o cümlədən Avropa İttifaqı və Şərq tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edir. Bu baxımdan, səfər qarşılıqlı siyasi dialoqun daha da dərinləşdirilməsinə və ortaq maraqların uzlaşdırılmasına xidmət edir.
Eyni zamanda, səfərin iqtisadi tərəfləri də diqqət çəkir. Enerji, nəqliyyat-logistika və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi gündəlikdə əsas mövzulardan biridir. Xüsusilə, Azərbaycanın Avropa enerji təhlükəsizliyində artan rolu Latviyanın da maraq dairəsindədir.
Bununla yanaşı, humanitar və mədəni əlaqələrin inkişafı da müzakirə olunan istiqamətlər sırasındadır. Təhsil, turizm və mədəniyyət sahəsində qarşılıqlı layihələrin həyata keçirilməsi xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verə bilər.
Bu səfər Azərbaycan üçün həm beynəlxalq mövqelərinin gücləndirilməsi, həm də Avropa ölkələri ilə əlaqələrin daha da şaxələndirilməsi baxımından əhəmiyyətli addım hesab olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB