"Çoxvektorlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərini gücləndirir - ŞƏRH

"Azərbaycan dövləti son illərdə dünyanın bir çox ölkələri ilə qarşılıqlı və genişmiqyaslı əlaqələr qurmağa nail olub. Bu uğurların əsasında İlham Əliyev tərəfindən həyata keçirilən çoxvektorlu xarici siyasət kursu dayanır".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, bu siyasət Azərbaycanın müxtəlif istiqamətlər üzrə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurmasına geniş imkanlar yaradır: "Bu kontekstdə Kolumbiya da Azərbaycanın maraq göstərdiyi və əməkdaşlıq potensialı olan ölkələrdən biridir.

Həmin ölkənin yeni səfirinin Azərbaycana təyin olunması və dövlət başçısı tərəfindən qəbul edilməsi iki ölkə arasında münasibətlərin inkişaf etdiyini göstərən mühüm diplomatik addımdır.

Bu, eyni zamanda Azərbaycanın xarici siyasətində ayrı-seçkiliyə yol verilmədiyini, bütün dövlətlərlə qarşılıqlı hörmətə və bərabərhüquqluluğa əsaslanan münasibətlərin qurulduğunu nümayiş etdirir.

Hesab etmək olar ki, Cənubi Amerikanın önəmli dövlətlərindən biri olan Kolumbiya ilə əlaqələrin inkişafı Azərbaycanın həmin regionda mövqelərini gücləndirəcək və həm iqtisadi, həm də ticarət sahəsində yeni imkanlar və perspektivlər açacaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə