“Parlament sədrinin bu tədbirlərdə iştirakı ölkənin aktiv rolunu göstərir” - DEPUTAT DANIŞDI
“Parlamentlərarası İttifaq 170-dən çox ölkənin parlamentini birləşdirən nüfuzlu beynəlxalq təşkilatdır. Qoşulmama Hərəkatı isə 120 ölkəni özündə birləşdirən mühüm beynəlxalq platformadır”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
O
nun sözlərinə görə, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi məhz Azərbaycanın təşəbbüsü ilə yaradılmış yeni və əhəmiyyətli təsisatdır:
“Azərbaycan bu beynəlxalq təşkilatların zirvə toplantılarında mütəmadi olaraq fəal iştirak edir. Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 5-ci konfransında iştirak etməklə ölkəmizi yüksək səviyyədə təmsil edir.
Ölkəmizin bu təsisatlarda iştirakı çoxşaxəli əhəmiyyətə malikdir. Belə ki, bu platformalarda təmsil olunmaq parlament diplomatiyasının güclənməsinə, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə və milli maraqlarının daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.
Parlament sədrinin Qoşulmama Hərəkatı çərçivəsində keçirilən konfranslarda iştirakı Azərbaycanın bu platformadakı aktivliyini və liderlik rolunu qoruyub saxladığını göstərir. Səfər çərçivəsində keçirilən çoxsaylı görüşlər zamanı parlamentlərarası və ölkələrarası əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm məsələlər müzakirə olunur.
Şübhəsiz ki, belə səfərlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, yeni tərəfdaşlıqların qurulmasına və mövcud strateji əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB