Azərbaycan-Türkiyə-Şimali Kipr parlamentlərarası dostluq qrupunun sədrləri Bakıda Zəfər Tağını ziyarət ediblər
Azərbaycan-Türkiyə-Şimali Kipr parlamentlərarası dostluq qrupunun sədrləri və üzvləri Zəfər Tağını ziyarət ediblər.
SİA xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisi - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım "X" hesabında paylaşım edib.
"Bu abidə Qarabağda qazanılan böyük qələbəni, əziz şəhidlərimizin fədakarlığını və millətimizin sarsılmaz iradəsini simvolizə edir.Şəhidlərimizi mərhəmət və minnətdarlıqla xatırlayır, qardaş Azərbaycan xalqının ədalətli mübarizəsini bir daha hörmətlə qarşılayırıq", - deyə o əlavə edib.
Nümayəndə heyəti həmçinin Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB