“Bu səfərlər iki ölkə arasında ədliyyə və prokurorluq sahəsində əməkdaşlığımızı daha da gücləndirir” - ŞƏRH
“Türkiyə və Azərbaycan arasındakı münasibətlərin səviyyəsi ən yüksək həddə inkişaf edir və dünyada Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasındakı münasibətlərin analoqunun olmadığı hamıya bəllidir. Və iki ölkə arasında münasibətlər bütün sahələrdə yüksələn xətlə inkişaf yolundadır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, həmçinin ədliyyə, məhkəmə və prokurorluq sahəsində Türkiyə Ali Məhkəməsinin baş prokurorunun Azərbaycana səfəri, Azərbaycan baş prokuroru Kamran Əliyevlə ikitərəfli və çoxtərəfli görüşləri və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyə baş prokurorunu qəbul etməsi, təbii ki, yalnız protokol məsələsi deyil, bu həm də iki ölkə arasındakı münasibətlərə Azərbaycan Prezidentinin verdiyi önəmlə əlaqələndirilməlidir:
“Biz ədliyyə sahəsində həm məhkəmə-hüquq, həm də prokurorluq və digər hüquq-mühafizə orqanları arasındakı münasibətlərə çox böyük önəm veririk. Hər iki ölkənin bu sahədə xüsusi müqavilələri mövcuddur. Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətlərini möhkəmləndiriblər və həmin sənədin bəndlərində bu sahələr də öz əksini tapır.
Bu əməkdaşlıq həm hərbi, həm müdafiə, həm müdafiə sənayesi, həm də hüquq-mühafizə orqanları arasındakı münasibətləri əhatə edir. Türkiyə Ali Məhkəməsinin baş prokurorunun ölkəmizə səfəri, Azərbaycan baş prokurorunun və ədliyyə nazirinin qarşılıqlı olaraq Türkiyəyə səfərləri iki ölkə arasında ədliyyə və prokurorluq sahəsində əməkdaşlığımızı daha da gücləndirir.
Azərbaycan və Türkiyə arasında ekstradisiya məsələləri, cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq, məhkəmə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, hüquq sahəsində aparılan islahatlar, qarşılıqlı təcrübə mübadiləsi kimi məsələlər ikitərəfli və çoxtərəfli görüşlərdə geniş müzakirə olunur.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyə Ali Məhkəməsinin baş prokurorunu qəbul edərkən də bütün bu sahələr müzakirə edilir. Bu sahədə olan münasibətlərə həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın töhfəsi misilsizdir. Siyasi iradənin mövcud olduğu şəraitdə digər sahələrdə də hərtərəfli inkişaf təmin olunur.
Bu çərçivədə ədliyyə sahəsində də mövcud münasibətlər hazırda yüksək səviyyədədir və hesab edirik ki, qarşılıqlı səfərlər bu münasibətlərin daha da inkişafına mühüm töhfə verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB