Azərbaycandakı bütün siyasi partiyalar maliyyə hesabatını MSK-ya təqdim edib

Azərbaycanda qeydiyyata alınmış bütün siyasi partiyalar 2025-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

SİA xəbər verir ki, bu barədə MSK-dan bildirilib.

Qeyd edilib ki, partiyaların maliyyə hesabatları qurumun rəsmi saytına yerləşdirilib.

Xatırladaq ki, Azərbaycanda dövlət qeydiyyatına alınmış 26 siyasi partiya fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə