Keşlədə su basmasına səbəb olan qanunsuz tikiliyə görə kim məsuliyyət daşıyır? -HÜQUQŞÜNAS DANIŞDI
“Bakı şəhəri, Abşeron rayonu və digər ərazilərdə sənədsiz tikililərlə bağlı vəziyyət getdikcə daha da çətinləşir”.
Bu sözləri SİA -ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.
Onun sözlərinə görə, özbaşına, qanunsuz şəkildə tikilmiş, eyni zamanda vətəndaşların təhlükəli zonalarda yerləşən tikililər söküntü riski ilə üz-üzə qalmasıdır:
“Ölkə qanunvericiliyinə görə, daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçməyibsə, həm Torpaq Məcəlləsinə görə, həm də Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanuna görə, dövlət həmin əmlakların hüquqi müdafiəsinə təminat vermir. Yəni qanunun tələbi bundan ibarətdir ki, kimsə daşınmaz əmlak əldə edibsə, mütləq həmin daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçməlidir və ondan sonra mülkiyyət hüququ əldə edilməlidir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1 maddəsi ilə təsbit olunub ki, daşınmaz əmlakla bağlı hüququn yaranması üçün həmin əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi təmin olunmalıdır.
Son günlər ölkə ərazisində baş verən leysan, sel, daşqın, torpaq sürüşməsi və ağacların aşması kimi hallar avtomobil və əmlak sahiblərinin ciddi narahatlığına səbəb olur.
Çıxarışı olmayan evlər dövlət reyestrində qeydiyyata alınmadığı üçün onların sığortalanması qanunvericilik baxımından mümkün deyil. Yəni evin çıxarışı yoxdursa, o, rəsmi sistemdə və reyestrdə görünmür.
Sənədi olmayan evlərin isə kompensasiya alması qanunvericilikdə nəzərdə tutulmur.
Qanunvericiliyə görə yalnız hüquqi sənədi olan daşınmaz əmlaka ziyan dəydikdə dövlət ona kompensasiya verə bilər.
Əmlak sığortalanıbsa, zərərin ödənilməsi sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq sığorta şirkəti tərəfindən həyata keçirilir.
Adətən, yerli icra hakimiyyəti orqanları evlərin sığortalanmamasını nəzərə alaraq, imkan daxilində onlara ayrılmış vəsait hesabına hansısa yardımlar göstərir. İndiki vəıziyyətdə düşünürəm ki vətəndaşlar aidiyyəti qurumlara müraciət edilsə, onlara ən azı tikinti materialları və s. yardımlar göstərilə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB