Mətləb Salahov: "ABŞ rəhbəri "Hörmüz toruna" düşüb"
“Artıq tam əminliklə demək olar ki, ABŞ-ın İrana qarşı başlatdığı müharibənin heç bir məntiqi hədəfi olmayan, yalnız sərvət və iqtisadi maraqlar üzərində qurulan xaotik plan olduğu təsdiqlənib. Artıq iş o yerə çatıb ki, ABŞ prezidenti Donald Tramp İrana verdiyi vaxt başa çatan kimi hücuma keçib, daha sonra dərhal atəşkəs elan edən, heç bir ciddi dövlət rəhbərinə yaraşmayan şəkildə İranda bütün sivilizasiyanı məhv edəcəyi ilə hədələyən çarəsiz duruma düşüb. Həttda bundan bir neçə gün öncə Ağ Ev-də, Şükranlıq gününə həsr edilən tədbirdəcə neft və daha çox qazanc üçün müharibəni davam etdirməyə hazır olduğunu elan etmişdi. Onun oğlanları isə ərəb ölkələrinə milyard dollarlıq dronlar satmağa hazırlaşırlar. Sadəcə bu iki fakt onu təsdiqləyir ki, hazırkı ABŞ Administrasiyası əksər ölkə rəhbərlərinə “xərac” kəsib milyardlar qazanmağla yanaşı, həmçinin silah satışı və neft gəlirləri üçün də çarpışır.”
Bu barədə SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov D.Trampın müharibənin ilk günlərində İranda rejim dəyişikliyini hədəf qoyduqları barədəki bəyanatını xatırladaraq, artıq bu planın fiaskoya uğradığını qeyd edib.
“Diqqət edin, artıq iki aya yaxındır davam edən hazırkı müharibədə nə İranda rejim dəyişildi, nə İranın nüvə potensialı və hərbi arsenalı yerlə yeksan edildi, nə də bu ölkənin ictimai fikrində hazırkı Xomenei rejimi əleyhinə etirazlar yaradıldı. Bunların heç biri baş tutmadı. Əksinə hazırda dünyada İran daha populyar və güclü dövlət imicinə sahibləndi. Bu məntiqsiz müharibə ABŞ-ın hegemonluğunu və İsrailin toxunulmazlığı mifini də dağıtdı. Bəs bilə-bilə ki, bütün bunlar alınmayacaq, əksinə bu məntiqsiz müharibə İranın nüfuzunu yüksəldib əvəzində ABŞ-ı, şəxsən D.Trampı dünyanın gözündə aşağılayacaq, bəs o zaman niyə Vaşinqton Administrasiyası bu müharibəyə başladı? Əlbəttdə, neft, silah ticarəti və bizə gizli qalan maraqlar üçün. Bu uğursuz müharibə həm də ABŞ-ın dünyadakı əsas rəqibləri olan Çin və Rusiya kimi böyük rəqiblərinin iqtisadi və siyasi mövqelərini xeyli dərəcədə gücləndirib. Görünən odur ki, D.Tramp "Hörmüz toruna" düşüb. Çıxışı isə zaman göstərəcək”.
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB