Şahin Mustafayev Çin səfiri ilə görüşüb

Çinin Azərbaycandakı səfiri Lu Mey Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşüb. SİA-nın məlumatına görə, bu barədə Çinin Azərbaycandakı səfirliyinin "Instagram" hesabında məlumat yayılıb. "Görüş çərçivəsində Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü qeyd edilib", - məlumatda bildirilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə