“WUF13-də müharibələrin memarlıq abidələrinə vurduğu zərərlər müzakirə olunacaq” - DEPUTAT DANIŞDI
“Azərbaycanın şəhərsalma və memarlıq ənənələri hər zaman qürur doğurub və bu ənənələr bu gün də uğurla davam etdirilir. Bu sahə tariximizin, mədəniyyətimizin və milli dünyagörüşümüzün ayrılmaz hissəsidir. İçərişəhər, qədim müdafiə qalaları, karvansaralar, məscidlər və türbələr memarlıq irsimizin canlı nümunələridir”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, xüsusilə Qız qalası, Atəşgah məbədi, Mömünə xatın türbəsi, Şəki xan sarayı və s. kimi abidələr təkcə ölkəmizdə deyil, dünya miqyasında da böyük maraq doğurur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi bu sahəyə göstərilən yüksək diqqətin bariz nümunəsidir. Bu qərar milli memarlıq ənənələrinin qorunması və müasir yanaşmalarla inkişaf etdirilməsini nəzərdə tutur.
Son illərdə ölkəmizdə müasir memarlıq nümunələri də yaradılıb. Heydər Əliyev Mərkəzi və Ağ Şəhər layihəsi , Alov qüllələri və başqa layihələr paytaxtımızın simasını dəyişərək ona yeni, müasir görünüş qazandırıb. Bununla yanaşı, bəzi hallarda şəhərsalma prinsiplərinə və milli memarlıq üslubuna uyğun olmayan tikililər də mövcuddur ki, bu da gələcəkdə daha düzgün planlaşdırma ehtiyacını göstərir.
Şəhərsalma yalnız tikinti deyil, eyni zamanda bir mədəniyyət və həyat tərzidir. Bu baxımdan, may ayında Bakıda keçiriləcək WUF 13 (World Urban Forum 13) tədbiri xüsusi əhəmiyyət daşıyır. Bu forum çərçivəsində şəhərsalma sahəsində mövcud problemlər, inkişaf istiqamətləri və beynəlxalq əməkdaşlıq məsələləri geniş müzakirə olunacaq.
Dünyada baş verən müharibələr və münaqişələr nəticəsində bir çox tarixi abidələrin məhv edilməsi göstərir ki, memarlıq irsinin qorunması bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın bu sahədə əldə etdiyi təcrübə və təşəbbüslər beynəlxalq səviyyədə də önəmli nümunə kimi çıxış edə bilər.
Sonda qeyd etmək istərdim ki, şəhərsalma və memarlığın inkişafı ölkənin gələcəyi üçün mühüm rol oynayır və Bakıda keçiriləcək bu forum yeni imkanların yaranmasına töhfə verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB