“Prezidentlə birgə bayram keçirmək həmin ərazilərdə əsl bayram ab-havası formalaşdırır“ - DEPUTAT DANIŞDI
”Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə növbəti səfəri, bayram günlərinə baxmayaraq, vaxtını məhz keçmiş məcburi köçkünlərlə keçirməsi və onlarla birgə bayramlaşması artıq ənənə halını almış mühüm bir addımdır”.
Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Tural Gəncəliyev bildirib.
Onun sözlərinə görə, bu ənənəni biz hər zaman məmnunluqla qarşılayırıq:
”Çünki bu, doğma torpaqlarına qayıdan insanların mənəvi durumuna çox müsbət təsir göstərir, onlarda xüsusi sevinc və qürur hissi yaradır. Prezidentlə birgə bayram keçirmək həmin ərazilərdə əsl bayram ab-havası formalaşdırır.
Eyni zamanda bu səfərlər bir daha göstərir ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bütün yenidənqurma və bərpa işləri birbaşa dövlət başçısının nəzarəti altındadır və bu proses uğurla davam etdirilir.
Bu yanaşma Böyük Qayıdış proqramının nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyir. Məqsəd insanların doğma yurdlarına qayıdaraq müasir, yenidən qurulmuş şəhər və qəsəbələrdə rahat və təhlükəsiz həyat sürməsini təmin etməkdir.
Digər tərəfdən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının böyük iqtisadi və turizm potensialı da bu səfərlər zamanı bir daha ön plana çıxır.
Ümumilikdə, ölkə başçısının bu kimi səfərləri işğaldan azad olunmuş ərazilərə yeni ruh, yeni dinamika gətirir. Artıq on minlərlə insan həmin ərazilərdə məskunlaşıb, yaşayır və fəaliyyət göstərir. Yaxın illərdə isə yüz minlərlə, hətta bir milyona yaxın vətəndaşımızın öz dədə-baba torpaqlarına qayıdacağına əminlik böyükdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB