Trampın komandasında "yarpaq tökümü" - Co Kent istefa verdi

ABŞ administrasiyasında "yarpaq tökümü" başlayıb. BBC-nin yaydığı məlumatda deyilir ki, Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Co Kent vəzifəsindən istefa verdiyini açıqlayıb. O, qərarını İranla bağlı müharibəyə qarşı çıxması ilə izah edib və ABŞ prezidenti Donald Trampı “kursu dəyişməyə” çağırıb.

45 yaşlı Kent X sosial şəbəkəsində paylaşdığı məktubda bildirib ki, İran ABŞ üçün “təcili təhlükə yaratmır”. O, həmçinin iddia edib ki, Tramp administrasiyası bu müharibəyə “İsrail və onun ABŞ-dakı güclü lobbi dairələrinin təzyiqi nəticəsində başlayıb”. Ağ Ev Kentin istefası ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə